7NEWS.az xəbər verir ki, Bolqarıstan səması üzərindən keçən meteorit Rumıniya ərazisinə düşüb. Bolqarıstanın paytaxtı Sofiyada, Vidin, Plovdiv və bir çox şəhərlərdə görünən meteor səmanı işıqlandırıb. Bolqarıstan radiosu meteoritin yerli vaxtla saat 21:49-da göründüyünü, Rumıniya hakimiyyəti isə "bolit” tipli meteoritin atmosferdə partlayaraq onun ərazisinə düşdüyünü açıqlayıb.
Meteoritin keçdiyi anların görüntüləri avtomobil və təhlükəsizlik kameraları ilə leylək yuvasının yanına yerləşdirilən kameraya düşüb.
7NEWS.az








