RU
Bolqarıstanda 106 ildə ilk dəfə vəba aşkarlanıb
11:10
30

Bolqarıstanda 106 ildə ilk dəfə vəba aşkarlanıb

Bolqarıstanda 106 ildə ilk dəfə vəba aşkarlanıb.

Bu barədə "Novinite” nəşri məlumat yayıb.

Xəstəliyi Bolqarıstanda daimi yaşayan 23 yaşlı hindistanlı, avqustun 2-dən 23-dək vətənində olmuş gənc gətirib. Gəncdə vəba əlamətləri sentyabrın 3-də özünü göstərib.

O, həkimlərin nəzarəti altındadır. Qeyd olunur ki, xəstənin ümumi vəziyyəti yaxşıdır. Onunla birlikdə yaşayan kişi karantinə alınıb.

Qeyd edək ki, Bolqarıstanda son vəba epidemiyası 1914-1918-ci illər arasında baş verib.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ