RU
Bolqarıstanda çoxmilli hərbi təlimlər keçirilir
20:45
2568

Bolqarıstanda çoxmilli hərbi təlimlər keçirilir

Bolqarıstanda mayın 2-də "Trojan Footprint” adlı çoxmilli hərbi təlim başlayıb.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, məlumatı Bolqarıstan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.

Bildirilib ki, mayın 13-dək davam edəcək təlimdə NATO-ya üzv dövlətlərin hərbi birləşmələri və tərəfdaş ölkələr iştirak edir.

Məlumata görə, tədbirə Bolqarıstan ordusu ilə yanaşı, ayrı-ayrı epizodlarda ölkə Daxili İşlər Nazirliyinin qüvvə və vasitələri də qatılacaq.

Təlimdə iştirak edəcək qüvvələrin və vasitələrin sayı barədə bildirilməyib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ