Bolqarıstanın Kazanlık şəhərindəki silah zavodunda partlayış baş verib.
7News.Az-ın “Ria Novosti” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, insident zavoda məxsus binalardan birində aparılan təmir işləri zamanı baş verib. Partlayış yanğına səbəb olub, lakin tez bir zamanda yanğını lokallaşdırmaq mümkün olub.
“İki işçi ölüb, yaralılar və yeni partlayış təhlükəsi ilə bağlı hər hansı məlumat yoxdur”,-deyə nazirlikdən “Reuters”ə bildirilib.
Hadisənin baş verdiyi ərazi əhatəyə alınıb. Partlayışın baş vermə səbəbləri araşdırılır.
7News.Az








