"Rusiyanın Bolqarıstana ixrac etdiyi qazı dayandırması nəticəsində mürəkkəb vəziyyət yaranmışdı. Azərbaycan xalqına və hökumətinə çox minnətdarıq ki, bu mürəkkəb vəziyyətdə enerji resursları ilə bağlı bizə dəstək verdi”.
7NEWS.Az-ın xəbərinə görə, bunu Bolqarıstanın sabiq Prezidenti (2012-2017-ci illər) Rozen Plevneliyev IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Enerji təhlükəsizliyinə cari təhlükələr: onların xarakteri, miqyası və aradan qaldırılmasının səmərəli yolları” adlı paneldə deyib.
Onun sözlərinə görə, bu ilin sonuna qədər Avropada Rusiya qazından asılılığın 50 faizə qədər azaldılması nəzərdə tutulur: "Lakin Rusiya və Çin arasında yeni qaz kəməri tikilməkdədir. Hindistan da Rusiyadan enerji resurslarının alınmasını artırıb. Bununla belə, Rusya üçün Çin və Hindistan Avropanı əvəz edə bilməz”.








