Yüngül atletika karyerasını başa vuran olimpiya çempionu, məşhur sprinter Useyn Bolt futbol klubu ilə müqavilə bağlayıb.
7News.az-ın xəbərinə görə, bu barədə 31 yaşlı idmançı özünün şəxsi "tvitter” hesabında məlumat yayıb.
O, "Bir futbol klubu ilə müqavilə bağladım. Fevralın 27-də bu komandanın adını açıqlayacam” yazıb.
Bu klubun "Mançester Yunayted” və ya "Borussiya" (Dortmund) olduğu iddia olunur.
Xatırladaq ki, 31 yaşlı idmançı ötən il Londonda keçirilən dünya çempionatından sonra ciddi zədəyə görə atletika karyerasını bitirib.








