Dünyanın bir nömrəli sprinteri Useyn Bolt yeni mövsüm öncəsi azarkeşi olduğu "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyoya müraciəti ilə diqqət çəkib.
7News.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, yamaykalı atlet portuqaliyalı mütəxəssisin rəhbərlik edəcəyi klubdan yeni mövsümdə böyük uğurlar gözlədiyini bildirib:
"Joze, bu mənəm Useyn Bolt, məni tanıyırsan. Yeni mövsümdən səni izləyəcəm. Səndən böyük uğurlar gözləyirəm. Bizə titul lazımdır".
Qeyd edək ki, hər zaman "Mançester Yunayted"də oynamaq istədiyini deyən Bolt zarafatla İngiltərə klubundan təklif gözlədiyini bildirib.








