ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Azərbaycana səfəri oktyabrın 24-də baş tutacaq. O, ölkənin rəsmi şəxsləri ilə görüş keçirəcək.
7News.Az xəbər verir ki, bununla bağlı "RİA Novosti” diplomatik mənbəyə istinadla məlumat yayıb.
Bundan öncə, Bolton "Twitter” hesabında oktyabrın 20-də Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstana səfər edəcəyini bildirmişdi.
"Bir neçə görüş keçiriləcək və regional məsələlər müzakirə ediləcək”, - mənbə qeyd edib.
7News.Az








