Rusiyanın Udmurtiya Respublikasının İjevsk şəhərində "bomj" həyatı sürən 49 yaşlı kişi 55 yaşlı qadını qaçıraraq 2 gün təcavüz edib.
7News.Az-ın mk.ru-ya istinadən verdiyi xəbərə görə, bu barədə Udmurtiya İstintaq Komitəsindən bildirilib.
Hadisə 2019-cu ilin iyul ayında baş verib. Qadına özünü tikinti şirkətinin işçisi kimi təqdim edən təcavüzkar ona iş təklif edib və işlədiyi yeri göstərmək bəhanəsiylə onu son zamanlar yaşadığı tərk edilmiş evə gətirb. Qadın evə daxil olduqda qapını bağlayaraq, ona spirtli içki təklif edən cinayətkar daha sonra "qurbanını" ölümlə hədələyərək zorlamağa başlayıb.
İki gün bağlı məkanda təcavüzə uğrayan qadın nəhayət kişinin sərxoşluğundan istifadə edərərək həmin məkandan qaça bilib.
Cinayətkar artıq 5 il müddətinə azadlıqdan məhrum edilib.