RU
“Bona Dea” şirkətinə qarşı məhkəmə başladı
09:52
281

“Bona Dea” şirkətinə qarşı məhkəmə başladı

Nizami Rayon Məhkəməsində "Bona Dea” MMC-nin barəsində tərtib edilmiş protokolla bağlı məhkəmə iclası başlayıb.

Məlumata görə, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə tərəflərin sənədləri dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 1-nə təyin edilib.

Qeyd: "Bona Dea” MMC barəsində Azərbaycan Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə protokol yazılıb./pravda

Xatırlatma: Şirkətin tərkibində "Bona Dea International” hospitalı fəaliyyət göstərir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ