RU
Borca görə adam bıçaqladı - 8 il həbs
18:40
530

Borca görə adam bıçaqladı - 8 il həbs

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaq təqsirləndirilən keçmiş məhkum, 1956-cı il təvəllüdlü Zahid Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Faiq Qəniyevin icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə  Z.Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edilib. 

Məlum olub ki, Z.Məhərrəmov 2011-ci ildə də adam bıçaqladığı üçün məhkum olunub, 3 il sonra vaxtından əvvəl azadlığa buraxılıb. Bu dəfə isə Elmin Niftiyevi bıçaqlayıb. Onun E.Niftiyevin dostuna borcu olub. Pul qaytarılmadığı üçün tanışlar arasında mübahisə yaranıb./qafqazinfo

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ