RU
Borclu olduğu bankı qarət etdi - Video
13:30
309

Borclu olduğu bankı qarət etdi - Video

İstanbulun Avcılar rayonunda bank qarət olunub. Soyğunçu ələ keçirilib.

 

Bizimyol.info xəbər verir ki, bankı müştərinin qarət etdiyi üzə çıxıb. Murad T. 20 min lirə (təxminən 6 min manat) borca görə belə addım atdığını bildirib. O, qarət zamanı istifadə etdiyi tapançaı 250 lirəyə tanımadığı şəxsdən aldığını söyləyib.

Murad bank şöbəsinə daxil olan kimi havaya atəş açıb və pulları tələb edib. Təhlükəsizlik xidmətinin əməkdaşı ona mane olmağa çalışıb. Mübarizə zamanı tapança yerə düşüb. Bu zaman bank əməkdaşı silahda güllə olmadığını anlayıb. Muradı sıradan çıxarmaq mümkün olub.

Cinayət törədən şəxs istintaqa ifadəsində bu banka borcunun 20 min lirəyə çatdığını, işsizlik üzündən heç cür ödəyə bilmədiyini söyləyib.

 


 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ