RU
Borcu olmayan varmı? - VİDEO
17:00
497

Borcu olmayan varmı? - VİDEO

Günümüzdə dostundan, tanışından, qohumundan borc pul almayan çox az adam tapılar.

Lakin həmin pulu ödəmək məsələsinə gələndə ortaya bir çox problem çıxır. Amerikalı mütəxəsisslərin də məhz bu mövzu ilə bağlı apardığı araşdırma ortaya maraqlı faktlar çıxarıb. Sən demə, borcu olan gənclərin səhhətində ciddi problemlər yaranır.

9 min gənc üzərində aparılan araşdırmadan sonra məlum olub ki, onların 20 faizi borclarını ödəməkdə çətinlik çəkir. Bu isə həmin şəxslərin depresiyya düşməsinə, iştahının kəsilməsinə, gecələr yuxusuz qalmasına, eləcə də fiziki və psixoloji sağlamlıqlarının pozulmasına gətirib çıxarır. Borcu çox olan insanların həmçinin qan təzyiqinə məruz qalma riski də digərləri ilə nisbətdə 17 faiz çoxdur.

Lakin mütəxəsisslər apardıqları araşdırma nəticəsində daha bir maraqlı məqamı aşkarlayıblar. Məlum olub ki, həmin gənclər pulu ödəyə bilmək və gələcəkdə borc alan deyil, borc verən ola bilmək üçün daha yaxşı təhsil alaraq, daha gəlirli işlərdə çalışmağa cəhd göstərirlər./atv

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ