RU
Boru kəmərində PARTLAYIŞ: 20 ölü, 54 yaralı
10:50
570

Boru kəmərində PARTLAYIŞ: 20 ölü, 54 yaralı

Meksikanın mərkəzi bölgəsində yerləşən Tlahuelilpan şəhərindən keçən neft kəmərində güclü partlayış baş verib. Hadisə nəticəsində azı 20 nəfər ölüb, onlarla insan yaralanıb.

7News.Az xəbər verir ki, bu haqda BBC məlumat yayıb.

Hidalqo ştatının qubernatoru Ömər Fayadınsözlərinə görə, boru xəttində neft sızmasından xəbər tutan yerli sakinlər əraziyə axışıb və bir müddətdən sonra alışmadan partlayış və güclü yanğın baş verib.

Müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanalara 44 nəfər çatdırılıb. Yerli telekanalın yaydığı görüntüdə Tula neft emalı zavodu yaxınlığından keçən boru xətti üzərində yüksək alovun qalxdığını görmək olur.

Sızmanın hansı səbəbə baş verdiyi hələ ki, aydınlaşdırılmayıb.

Qeyd edək ki, Meksikanın dövlət neft şirkəti olan "Pemeks” belə bir texnogen fəlakətlə ilk dəfə deyil ki üzləşir. 2013-cü ildə Mexikodakı qərargahında baş verən partlayışda 37 nəfər, 2012-ci ildə isə onun qaz istehsalı müəssisəsində baş verən yanğında isə 26 nəfər həlak olmuşdu.

 

: Multiple injuries reported after a pipeline explosion in the municipality of Tlahuelilpan, Mexico. (Video: @gritoinformati/@luisborja76)

21 people are talking about this

 

: Secretary of Security and Citizen Protection, Alfonso Durazo has arrived at the scene of the pipeline explosion in Tlahuelilpan. (Photo: @Milenio)

View image on Twitter

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ