"Borussiya" Türkiyə millisinin üzvü Əmrə Mordan sonra daha bir futbolçu ilə heyətinə gücləndirib.
7news.az-ın klubun rəsmi "tvitter" səhifəsinə istinadən verdiyi məlumata görə, Dortmund təmsilçisi "Loryan"ın müdafiəçisi Rafael Herreranı transfer edib.
22 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb. Bu transfer "Borussiya"ya 12 milyon avroya başa gəlib. "Herrera güclü və texnikalı futbolçudur. O, sol cinahda özünü yaxşı tərəfdən göstərir. Bizi seçdiyi üçün şadıq" - deyə klubun direktoru Mixael Çork bildirib.
Qeyd edək ki, 2013-cü ildən "Loryan"da çıxış edən Portuqaliya millisinin üzvü keçirdiyi 102 oyunda 10 qol vurub.








