Bu yaxınlarda 9 ay evli olduğu həyat yoldaşı, aktrisa Seda Güvendən boşanan müğənni Keremcem ayrılıqdan sonra ilk dəfə görüntülənib.
Fotoqraf Mehmet Turqutla axşam yeməyi üçün görüşən ifaçının artıq Sedanı unutduğunu demək olar.
Keremcem məkanda "O hayat benim" serialındakı tərəf müqabili Ceren Morayla yanaşı olub. Çəkilişlərdən sonra bir yerdə vaxt keçirən cütlük gecənin sonunda restorandan ayrı avtomobillərdə ayrılıblar. /axsam
7news.az










