Herseqovinanın Sanski Most şəhərində məktəbə silahlı hücum nəticəsində 3 nəfər həyatını itirib.
7NEWS.az xəbər verir ki, Bosniya və Herseqovinanın Una-Sana Kantonunun (USK) Sanski Most bölgəsindəki məktəbə silahlı hücum edən şəxs məktəb direktoru, katibi və müəllimi güllələyib. Məktəbin işçisi olduğu aşkarlanan və daha sonra özünü güllələyən hücumçu ağır yaralanıb.
7NEWS.az








