7NEWS.az xəbər verir ki, Bosniya və Hersoqovinanın Visoko şəhəri yaxınlığındakı park Vinsent van Qoqun "Ulduzlu gecə” adlı unudulmaz əsərindəki mənzərəni tam əks etdirir. Visokolu Halim Zukiç 1889-cu ildə qaldığı sanatoriyada Van Qoqun otağının pəncərəsindən görünən gecəni təsvir edən ən unudulmaz əsərlərindən olan "Ulduzlu gecə"ni təbiət parkına çevirib.








