RU
Boğulan 4 uşaqdan birinin dənizdən çıxarıldığı an - Oxşar hadisə Türkiyədə baş verdi - FOTO
17:00
252

Boğulan 4 uşaqdan birinin dənizdən çıxarıldığı an - Oxşar hadisə Türkiyədə baş verdi - FOTO

Dünən Xəzər dənizinin Bakının Nardaran qəsəbəsi sahillərində çimərkən batan 4 uşağın faciəsi ölkədə şok effekti yaratdı.

7News.Az Haberler-ə istinadən xəbər verir ki, eyni gündə oxşar hadisə qardaş ölkədə də baş verib.

Beləki, Qurban Bayramı tətili üçün Ankaradan İstanbula gələn və sərinləmək üçün Bostancıda dənizə girən 4 uşaq boğulmaq təhlükəsi ilə üz-üzə qalıb. Xoşbəxtlikdən Bakıdakı olaydan fərqli olaraq uşaqların 3-nün həyatını xila etmək mümkün olub. Bir uşaq isə xilas edilib kənara çıxarılsa da, bütün müdaxilələrə baxmayaraq həyatını xilas edə bilməyiblər.

Hadisə yerli saatla axşam 6-nın yarısında baş verib.

Boğulan uşağın xilasedilmə anının fotolarını təqdim edirik:

Boğulan 4 uşaqdan birinin dənizdən çıxarıldığı an - Oxşar hadisə Türkiyədə baş verdi - FOTO

Boğulan 4 uşaqdan birinin dənizdən çıxarıldığı an - Oxşar hadisə Türkiyədə baş verdi - FOTO

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ