RU
BP Bakı-Supsa kəmərinin modernləşməsini sərmayələşdirəcək
11:55
361

BP Bakı-Supsa kəmərinin modernləşməsini sərmayələşdirəcək

Neft kəməri 1999-cu ildə istifadəyə verilib.

British Petroleum (BP) Bakı-Supsa kəmərinin müəyyənləşdirilmiş hissəsinin modernizasiyası və ekoloji standartların yaxşılaşdırılmasına 150 mln. dollar vəsait xərcləyəcək.

7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə “Gürcüstan dəmir yolları”nın rəhbəri Mamuka Baxtadze BP şirkətinin baş icraçı direktoruRobert Dadli ilə Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin Davos Dünya İqtisadi Forumu çərçivəsində görüşünün yekununda bildirib.

Baxtadze deyib ki, Bakı-Supsa neft kəmərinin istismar dövrü ərzində kəmərin bir sıra hissələrində modernizasiya tələb edilib və BP şirkəti bu prosesə 150 milyon dollar sərmayə yatırmaq qərarına gəlib, bu isə çox pozitiv amildir.

Gürcüstan baş nazirinin mətbuat xidmətinin məlumatına görə, Robert Dadli ilə Gürcüstanın baş naziri Georgi Kvirikaşvilinin görüşü Davos Dünya İqtisadi Forumu çərçivəsində baş tutub.  

Bakı-Supsa neft kəməri (Qərb İxrac boru kəməri) 1999-cu ilin aprelində istifadəyə verilib. Kəmərin uzunluğu 829 km-dir, bundan 368 km Gürcüstan ərazisindən keçir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ