RU
Braziliya kilsəsində toya gələn qonaq ailəni güllələdi – VİDEO
21:45
421

Braziliya kilsəsində toya gələn qonaq ailəni güllələdi – VİDEO

Braziliyada Limoero de Anadiya şəhərində cinayətkar kilsə binasına girərək atəş açıb. 

Bu barədə Mirror nəşri məlumat yayıb. 

Şahidlər baş verənləri kameraya çəkiblər. Kadrlarda kişinin gəlinin ardınca binaya daxil olaraq, qonaqların oturduğu skamyaya yaxınlaşdığı əks olunub. 

Kişi atasını öldürən qatilin onlar tərəfindən tutulduğunu qışqırıb. O, tapança çıxararaq atəş açmağa başlayıb. Hadisə nəticəsində 62 yaşlı kişi, onun 32 yaşlı oğlu və gəlini xəsarət alıb.

Ağır xəsarət alan kişinin hazırda xəstəxanada olduğu bildirilir. Polis cinayətkarı axtarır./oxu.az

 

7news.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ