Braziliyanın XİN rəhbəri Xose Serra Venesuelada hazırki prezident Nikolas Maduronun istefası üçün referendumun keçirilməsinə çağırıb.
“Bütün dünyada demokratik ölkələr referendumun keçirilməsini dəstəkləməlidirlər”, - Serra deyib.
Nazirin sözlərinə görə, hazırki prezident ölkəni “avtoritar” rejimə təhrik edir.
Xose Serra bildirib ki, əgər 2017-ci ildə Madur prezidentlik postundan uzaqlaşdırılarsa, onu bu postda iqtidar partiyasının kursunu dəstəkləyən, hazırki vitse-prezident Aristobulo İsturis əvəz edəcək./oxu
7news.Az








