Braziliya yığmasının baş məşqçisi Tite dünya çempionatına yollanacaq heyəti açıqlayıb.
7news.Az xəbər verir ki, heyətə fevralda ciddi zədələnən mövsümün qalan hissəsini boşa verən Neymar da düşüb.
23 nəfərlik heyətdə PSJ-nin müdafiəçisi zədəli Dani Alves yoxdur. Mundialda iştirak edəcək braziliyalı futbolçular bunlardır:
Qapıçılar: Alison ("Roma”, İtaliya), Ederson ("Mançester Siti”, İngiltərə), Kasiu ("Korintians”);
Müdafiəçilər: Danilu ("Mançester Siti”, İngiltərə), Faqner ("Korintians”), Markinyus, Tyaqu Silva (hər ikisi PSJ, Fransa), Miranda ("İnter”, İtaliya), Marselu ("Real”, İspaniya), Pedru Jeromel ("Qremio”), Filipi Luis ("Atletiko”, İspaniya);
Yarımmüdafiəçilər: Kazemiru ("Real”, İspaniya), Paulinyu, Koutinyu (hər ikisi "Barselona”, İspaniya), Vilian ("Çelsi”, İngiltərə), Fernandinyu ("Mançester Siti”, İngiltərə), Renatu Auqustu ("Beycinq Sinobo Quoan”, Çin), Fred ("Şaxtyor”, Ukrayna);
Hücumçular: Neymar (PSJ, Fransa), Qabriel Jezuş ("Mançester Siti”, İngiltərə), Robertu Firminu ("Liverpul”, İngiltərə), Douqlas Kosta ("Yuventus”, İtaliya), Tayson ("Şaxtyor”, Ukrayna).
![]()
Qeyd edək ki, Braziliya yığması dünya çempionatında Kosta Rika, Serbiya və İsveçrə ilə bir qrupda yer alacaq. Bu milli dünya çempionatından əvvəl iyunun 3-də Xorvatiya və iyunun 10-da isə Avstriya ilə yoxlama matçı keçirəcək.
7news.Az








