Amerika Kubokunda uğursuz çıxışına görə Braziliya yığma komandasının baş məşqçisi, 1994-cü ildə dünya çempionu olmuş yığmanın kapitanı Karlos Dunqa işdən azad edilib.
7News.Az-ın “Globo”ya istinadən verdiyi məlumata görə, turnirdə komandanı qrupdan belə çıxarda bilməyən və bunun nəticəsində istefaya göndərilən Dunqanın əvəzinə yığmanı “Korintians”ın baş məşqçisi, 55 yaşlı braziliyalı mütəxəssis Tite çalışdıracaq.
Xatırladaq ki Braziliya yığması qrupda üçüncü yerlə kifayətlənərək Amerika Kubokunun ¼ finalına belə çıxa bilməmişdi.








