Braziliyada son sutka ərzində daha 26 106 nəfərin koronavirus infeksiyasına yoluxması, 513 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.
7News.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 5 494 376 nəfər yoluxub. Bu müddət ərzində 158 969 koronaviruslu xəstə dünyasını dəyişib.
Həmçinin bu günədək 4 954 159 xəstə müalicə olunaraq sağalıb.
7News.Az








