7NEWS.az xəbər verir ki,Braziliyanın Rio-de-Janeyro şəhərində daşqınlar baş verib. Həftəsonu yağan leysan yağışların yaratdığı sel nəticəsində 11 nəfər həyatını itirib. Yanğınsöndürmə qrupları avtomobili ilə çaya düşən qadının axtarışlarının davam etdiyini bildirib.
Küçə və prospektlərin su altında qaldığı şəhərdə metro stansiyaları, mağazalar, evlər su altında qalıb, ağaclar aşıb. Bəzi ərazilərdə sürüşmə baş verib.
Rio-de-Janeyro meri Eduardo Paes şəhərdə fövqəladə vəziyyət elan olunduğunu açıqlayarkən, Braziliya hökuməti bölgəyə federal dəstək göndərilməsi təklifi ilə çıxış etdiyini açıqlayıb.
7NEWS.az








