RU
Braziliyada daşqın qurbanlarının sayı 136-ya çatıb, 216 nəfər itkin düşüb
11:00
277

Braziliyada daşqın qurbanlarının sayı 136-ya çatıb, 216 nəfər itkin düşüb

Braziliyanın Petropolis şəhərində (Rio-de-Janeyro ştatının dağlıq ərazisi) güclü yağışların səbəb olduğu torpaq sürüşməsi və daşqınlarda ölənlərin sayı 136 nəfərə çatıb. Onlardan 22-si azyaşlıdır.

Təbii fəlakət zamanı 216 nəfər itkin düşüb.

Fövqəladə hallar xidmətlərinə 190-a yaxın sürüşmə və 230-a yaxın kiçik insident barədə məlumat daxil olub. 80 yaşayış binasına ziyan dəyib, onlardan azı 54-ü tamamilə dağılıb. Çərşənbə axşamı altı saat ərzində 260 mm yağıntının düşdüyü (aylıq normadan çox) şəhərin hakimiyyəti matəm və fövqəladə vəziyyət elan edib.

Qeyd edək ki,fevralın 15-də Rio-de-Janeyronun dağlıq bölgəsi olan Petropolisdə yağan güclü yağışdan sonra şəhərin hündür yerlərində torpaq sürüşmələr baş verib, küçələr, parklar, bazarları su basıb, avtomobil və avtobuslar su altında qalıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ