Braziliyanın Amazonas əyalətindəki Manaus şəhərində quraqlıq səbəbindən "son 121 ildə çaylarda ən aşağı su səviyyəsi" qeydə alınıb. Bölgədəki bəzi icmaların təhlükə altında olduğu bildirilsə də, çay delfinləri də kütləvi ölümlə üzləşə bilər.
7NEWS.az xəbər verir ki, Manausdakı çaylarda suyun səviyyəsinin aşağı olması icmaların yaşayış sahələrini daraldır. Temperatur artımında mühüm rol oynayan El Nino hava hadisələri və insanların yaratdığı qlobal istiləşmə nəticəsində yaranan quraqlıq Manausun qeyri-adi quru mövsümlə üzləşməsinə səbəb olub. Quraqlıq səbəbindən Manausdakı çaylar "son 121 ilin ən aşağı su səviyyəsini" gördü.
7NEWS.az








