7NEWS.az xəbər verir ki, Braziliyada daşqın fəlakətində balans artır. Ölkənin cənubundakı Rio Qrande do Sul əyalətinin qubernatoru Eduardo Leite şiddətli yağışların səbəb olduğu daşqınlarda can itkisinin 36-ya yüksəldiyini açıqlayıb. O qeyd edib ki, fövqəladə xilasetmə əməliyyatlarının başlandığı ştatda mindən çox insan öz evlərinin damında xilas olunmağı gözləyir. Bazar ertəsi günündən bəri davam edən leysan yağışların səbəb olduğu seldən 52 min adamın və 70 qəsəbənin zərər çəkdiyi açıqlansa da, fövqəladə vəziyyətin elan olunduğu əyalətdə 5300-dən çox adam evlərini tərk etmək məcburiyyətində qalıb.
7NEWS.az








