Braziliyada estafet mərhələlərinin birində Olimpiya məşəlini oğurlamağa cəhd göstəriblər.
Hadisə San-Paulu ştatının Quarulyus şəhərində qeydə alınıb.
Naməlum şəxs mühafizəçilərdən yayınaraq məşəli oğurlamağa cəhd göstərərkən saxlanılıb. İnsident zamanı bir polis əməkdaşının xəsarət aldığı bildirilir.
Qeyd edək ki, Olimpiya məşəli avqustun 5-də Rio-de-Janeyronun “Marakana” stadionunda Oyunların açılış mərasimi zamanı yandırılacaq./oxu
7news.Az








