Şübhəli bilinən 10 şəxs saxlanılıb.
Braziliya Federal polisi Olimpiya Oyunları zamanı terror aktı hazırlamaqda şübhəli bilinən 10 şəxs saxlayıb.
7news.Az BBC-yə istinadən xəbər verir ki, saxlanılan şəxslər İŞİD-i dəstəkləyən qruplaşmanın üzvləri olub.
Bildirilir ki, əməliyyat ölkənin cənubunda Parana ştatında keçirilib. Saxlanılan şəxslərini hamısı braziliyalıdır. Ölkə rəhbərliyi təcili iclas çağırıb.
Qeyd edək ki, Rio-de-Janeyro Olimpiya Oyunlarına avqustun 5-də start veriləcək.
7news.Az








