Braziliyanın Rio-Qrande-du-Sul əyalətində güclü yağışların səbəb olduğu daşqınlarda ölənlərin sayı 36-ya çatıb.
7NEWS.az xəbər verir ki, Braziliyada daşqın fəlakətində balans artır. Ölkənin cənubundakı Rio Qrande do Sul əyalətinin qubernatoru Eduardo Leite, şiddətli yağışların səbəb olduğu daşqınlarda can itkisinin 36-ya yüksəldiyini açıqlayıb. O qeyd edib ki, fövqəladə xilasetmə əməliyyatlarına başlanılan ştatda mindən çox insan evlərinin damında xilas olunmağı gözləyib.
7NEWS.az








