RU
Braziliyada təyyarə yaşayış evinin üstünə düşdü:
18:00
1185

Braziliyada təyyarə yaşayış evinin üstünə düşdü:

Aviaqəza uçuşdan dərhal sonra baş verib.

Braziliyanın San-Paulu şəhərində təyyarənin yaşayış evinə çırpılması nəticəsində 7 nəfər ölüb.

Həlak olanların hamısı San-Paulodan Rio-de-Janeyroya uçan CA9 təyyarəsinin göyərtəsində olublar.

İlkin məlumata görə, yaşayış evinin sakinləri xilas ola biliblər. Globo qəzetinin məlumatına əsasən, ölənlər arasında Vale dağ-mədən şirkətinin keçmiş prezidenti Rocer Aqnelli və onun yaxın qohumları da var.

Şahidlər bildiriblər ki, aviaqəza uçuşdan dərhal sonra baş verib. Onların sözlərinə görə, pilotların yüksəklik yığanda çətinlik çəkdikləri hiss olunub: təyyarə çox aşağıdan uçurdu. 

Hal-hazırda qəza yerində 15 yanğınsöndürən briqadası işləyir./oxu

7news.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ