RU
Braziliyada yoxa çıxan Yunanıstan səfirinin avtomobili tapıldı
19:25
324

Braziliyada yoxa çıxan Yunanıstan səfirinin avtomobili tapıldı

Braziliyada yoxa çıxan Yunanıstan səfirinin avtomobili tapılıb.

Rio de Janeyro şəhərinin yaxınlığında tapılan avtomobilin içində yanmış cəsəd var. Cəsədin səfirə aid olduğu güman edilir.

Braziliya polisi artıq dörd gündür ki, yoxa çıxan Yunanıstan səfiri Kyriakos Amiridisi axtarır. Bu gün polis əməkdaşları səfirin kiryayəyə götürdüyü avtomobili yanmış halda tapıb.

Güman edilir ki, Rio de Janeyro yaxınlığında, Nova İguaçu səmtində tapılan avtomobilin içindəki meyit səfirə aiddir.

59 yaşlı səfir sonuncu dəfə bazar günü bu səmtdə bir binadan çıxarkən həyat yoldaşı ilə telefonla danışıb. Sonradan Amiridislə əlaqə saxlaya bilməyən arvadı çərşənbə günü polisə müraciət edib./olke.az

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ