7NEWS.az xəbər verir ki, Braziliya millisinin və "Barcelona” klubunun sabiq futbolçusu Dani Alves 14 aydan sonra həbsxanadan çıxıb.
İspaniya mediasına istinadən xəbər verir ki, o, girov üçün tələb olunan 1 milyon avronu toplayıb.
Qeyd edək ki, sabiq futbolçu 2023-cü il yanvarın 20-də gecə klubunda bir qadına təcavüzdə ittiham olunaraq 4,5 il həbs cəzasına məhkum edilmişdi.
7NEWS.az








