Son rəqəmlər.
Martın 18-də hərracların gedişinə görə, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,76% bahalaşaraq 42,27 dollar olub.
7news.Az Bloomberg-ə istinadən xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,82% artaraq 40,93 dollar təşkil edib.
Qeyd edək ki, bu gün səhər saatlarında Brent və WTI markalı neftin qiyməti müvafiq olaraq 41,50 və 40,28 dollar təşkil etmişdi.
7news.Az








