Dünya bazarlarında neftin qiyməti ucuzlaşıb.
7news.Az hərracların son nəticələrinə istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 2,1% azalaraq bir barelə görə 47,7 dollar olub.
Ekspertlər bildirirlər ki, qara qızılın qiymətinə ABŞ və Kanadada aktiv buruqların sayının çoxalması mənfi təsir göstərir.
Qeyd edək ki, ötən gün, avqustun 30-da, Brent markalı Şimal dənizi neft qatışığının qiyməti təxminən 2% ucuzlaşmışdır.
7news.Az








