RU
Brilliant Dadaşovanın həyat yoldaşı vəzifəsindən azad olundu
10:40
40

Brilliant Dadaşovanın həyat yoldaşı vəzifəsindən azad olundu

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi Ədalət Hacıyev vəzifəsindən azad olunub.

7News.Az Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

Nazirin digər əmri ilə Əməkdar artist Oleq Əmirbəyov teatrın direktoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Oleq Əmirbəyov bu təyinatadək mədəniyyət nazirinin müşaviri idi.

Xatırladaq ki, Ədalət Hacıyev Xalq artisti Brilliant Dadaşovanən həyat yoldaşıdır və onların bir oğulları var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ