7NEWS.az xəbər verir ki, İngiltərənin və dünyanın ən əhəmiyyətli muzeylərindən biri olan Britaniya Muzeyinin anbarlarındakı bir çox əsərin itdiyi, oğurlandığı və ya zədələndiyi üzə çıxsa da, hadisədən məsul olduğu düşünülən işçilər işdən uzaqlaşdırıldı.
Britaniya Muzeyindəki bir çox eksponatın itdiyi, oğurlandığı və ya zədələndiyi müəyyən edilib.
Sözügedən əsərlərin heç birinin sərgilənmədiyi vurğulanan açıqlamada, eramızdan əvvəl 15-ci əsr ilə 19-cu əsrə aid əsərlərin akademik araşdırma məqsədi ilə anbarlarda tapıldığı bildirilib.
7NEWS.az








