RU
Britaniya Polşaya “Sabre” HHM Sistemi və 100 hərbçi göndərir
19:10
650

Britaniya Polşaya “Sabre” HHM Sistemi və 100 hərbçi göndərir

Böyük Britaniya Polşaya "Sabre” Hava Hücumundan Müdafiə (HHM) Sistemi və 100 hərbçi göndərir.

7NEWS.Az-ın BBC-yə istinadən xəbərinə görə, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Vallas bildirib.
O, bu addımın Polşa hava məkanını Rusiyadan qorumaq məqsədi ilə atıldığını deyib.

Qeyd edək ki, "Sabre” HHM sisteminə çəkisi 99 kq olan və 2,300 mil/saat sürətə malik raketlər daxildir. Sistemin Polşaya qırıcı təyyarələrdən, raketlərdən və bombalardan qorunmaq imkanı verəcəyi bildirilib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ