RU
Britaniya qırıcıları Qara dənizi qoruyacaq
10:00
331

Britaniya qırıcıları Qara dənizi qoruyacaq

NATO  "potensial təcavüzə” qarşı mübarizə aparmaq məqsədi ilə  Britaniyanın "Typhoon” qırıcılarının Qara dəniz üzərindən uçuşlar həyata keçirməsinə icazə verib.

7news.Az xəbər verir ki, bu barədə Britaniya hava qüvvələri komandanlığının mətbuat xidməti məlumat yayıb.

Qərar Rumıniyada keçirilən NATO tədbirində elan olunub. Qərara əsasən, Britaniya qırıcıları  Qara dənizin hava patrulunda iştirak edəcək.

"Belə missiyalar  alyansa və ya onun hər hansı üzvünə qarşı potensial təcavüz və ya təhdidlərə ən qısa zamanda effektiv şəkildə cavab vermək imkanı yaradır.”, - deyə Britaniyanın Rumıniyadakı səfiri Pol Brammel bildirib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ