RU
Britaniya Rusiyadan gümüş, ağac məmulatları və kürü idxalını qadağan etdi
10:40
200

Britaniya Rusiyadan gümüş, ağac məmulatları və kürü idxalını qadağan etdi

Böyük Britaniyanın hakimiyyət orqanları Rusiyadan ağac məmulatları, gümüş və dəbdəbəli məhsulların, o cümlədən kürünün idxalına qadağa qoyub.

Həmçinin, hökumət Rusiya Federasiyası və Belarusdan təxminən 130 milyon funt-sterlinq dəyərində olan məhsullar, o cümlədən kauçuk və almazlar üzrə tarifləri 35% artıracaq.

Qeyd edək ki, bir müddət öncə Böyük Britaniyanın Nazirlər Kabineti Rusiyaya dəbdəbəli məhsulların ixracını qadağan etmək və Britaniyanın Rusiyadan idxalına əlavə rüsumlar tətbiq etmək barədə qərar qəbul edib.

Mənbə: gazeta.ru

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ