RU
Britaniya XİN yenidən xəbərdarlıq etdi
14:22
450

Britaniya XİN yenidən xəbərdarlıq etdi

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Dağlıq Qarabağa və hərbi işğal altında olan digər ətraf ərazilərə səyahətdən çəkinməyi məsləhət görüb.

XİN-in saytında dərc olunan yenilənmiş məlumatda deyilir ki, Ermənistan-Azərbaycan sərhədində və qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində ölən və xəsarət alanlar var.

“Azərbaycan hakimiyyətinin icazəsi olmadan Dağlıq Qarabağa səfər edən hər kəsin Azərbaycana girişi qadağan ediləcək”, məlumatda vurğulanıb.

O da qeyd edilib ki, Azərbaycana səyahət etmək istəyən bütün Britaniya vətəndaşları vizanı əvvəldən almalıdırlar.

Hər il 7 min britaniyalı, əsasən biznes məqsədilə Azərbaycana səfər edir.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ