RU
Britaniyada alovlu tornado göründü - VİDEO
09:50
508

Britaniyada alovlu tornado göründü - VİDEO

Böyük Britaniyanın Derbişir qraflığında alovun qarşısını almağa çalışan yanğınsöndürənlər qeyri-adi təbiət hadisəsi olan alovlu tornadonun şahidi olublar. 

7news.Az "RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, burulğan supermarketlər üçün plastik qutular istehsal edən fabrikin yaxınlığında qeydə alınıb.

Yanğınsöndürənlərdən biri bu hadisəni lentə alaraq, sosial şəbəkədə paylaşıb. Bu təbiət hadisəsi alovun bir neçə istiqamətdən yayılması və qızmış havanın yuxarı qalxması nəticəsində yaranır. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ