RU
Britaniyada ölümcül xəstəliklər yayan ağcaqanadlar aşkar edilib
12:40
36

Britaniyada ölümcül xəstəliklər yayan ağcaqanadlar aşkar edilib

Böyük Britaniyada ilk dəfə üç təhlükəli tropik xəstəliyi yaya bilən ağcaqanadlar aşkarlanıb. Alimlər bununla əlaqədar təcili xəbərdarlıq yayıblar.

7News.Az bu barədə "Daily Mail"ə istinadən xəbər verib.

Bildirilir ki, Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) Misir və pələng ağcaqanadlarına məxsus yumurtalar aşkar edib.

"Bu növlər denge, çikunqunya və zika qızdırması kimi viruslu xəstəlikləri daşıya bilir", - deyə mənbə vurğulayır.

UKHSA Misir ağcaqanadlarının yumurtalarını Hitrou aeroportu yaxınlığındakı yük anbarında, pələng ağcaqanadlarının yumurtalarını isə M20 magistralı üzərindəki texniki xidmət stansiyası yaxınlığında aşkar ediblər.

"Bütün göstəricilər bu ağcaqanad növlərinin Böyük Britaniya ərazisində hələ kök salmadığını göstərir", - deyə mütəxəssislər bildiriblər.

Bununla belə, iqlim dəyişikliyi və krallıqda daha mülayim qış fəsilləri səbəbindən gələcəkdə bu invaziv növlərin ölkəyə sızmaq risklərinin mövcud olduğu da vurğulanıb.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ