Avropada gələcək sülh və sabitlik təhlükə altındadır.
7NEWS.Az-ın xəbərinə görə, bu barədə Britaniyanın xarici işlər naziri Liz Tras rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
"Rusiyanın Ukraynaya qarşı təcavüzünə son qoyması və diplomatiya yolunu seçməsi üçün hələ zaman var. NATO çox aydın şəkildə bəyan edib ki, bu yol seçilməsə, Rusiya, Ukrayna və bütün Avropa üçün ağır nəticələr olacaq”, deyə Britaniyanın xarici işlər naziri qeyd edib.
7NEWS.Az








