RU
Britaniyanın İŞİD-ə hücumina dair səsvermə dekabrın 2-də keçiriləcək
02:24
279

Britaniyanın İŞİD-ə hücumina dair səsvermə dekabrın 2-də keçiriləcək

Böyük Britaniyanın parlamentində ölkənin Hərbi-Hava Qüvvələrinin Suriyada  İŞİD-ə qarşı hərbi əməliyyatlarda iştirak etməsinə dair səsvermə dekabrın 2-də keçiriləcək.

Bunu Böyük Britaniyanın baş naziri Devid Kemeron bəyan edib.   “Hazırda deputatların əksəriyyəti yalnız İraqda deyil, Suriyada da İŞİD-in mövqelərinə hava zərbələrinin endirilməsinin lehinədir. Onlar anlayırlar ki, terrorçular dövlət sərhədlərini tanımır. Suriyada beynəlxalq koalisiya tərkibində iştirak Böyük Britaniyanın milli maraqlarına uyğundur. İŞİD-in mövcudluğu ölkə üçün təhlükə kəsb edir”, deyə D.Kemeron bildirib.   Xatırladaq ki, 2014-cü ilin sentyabrında Böyük Britaniya parlamenti İraqdaki İŞİD mövqelərinə aviazərbələrin endirilməsinə razılıq verib./tass

7news.az 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ