Bruney sultanı Hasan el Bulkiye qeyri-ənənəvi münasibətlərə görə tətbiq etdiyi edam cəzalarını təxirə salıb.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, sultan bu haqda yerli televiziya vasitəsilə elan edib.
Aprelin 3-dən bəri ölkədə homoseksuallara, xəyanət edənlərə və zorlamalara qarşı edam cəzası tətbiq edilir.
Hökumətin bu qərarı dünya ictimaiyyətinin kəskin etirazına səbəb olub. Qərb ölkələrində isə insanlar Sultana aid lüks otelləri boykot etməyə çağırıblar. Bəzi turizm agentlikləri Bruneyin reklamlarını yayımlamağı dayandırıblar.
7News.Az








