Brüssel aeroportunda partlayış baş verən ərazidə bir Azərbaycan vətəndaşı da olub.
Bunu Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, Azərbaycanın Belçika Krallığındakı səfirliyi gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirir: "Paytaxt Brüsseldə yaşanan hadisələrlə əlaqədar konsulluq dəstəyinə ehtiyac duyan Azərbaycan vətəndaşları səfirliyə müraciət edə bilərlər".
H.Hacıyev əlavə edib ki, "Zaventem" hava limanında partlayış baş verən vaxtda ərazidə uçuş reysini gözləyən bir nəfər Azərbaycan vətəndaşı olub: "Xoşbəxtlikdən, həmin şəxs zərər çəkməyib, sağ-salamatdır. Səfirlik onunla təmasdadır".
Qeyd edək ki, bu gün Brüssel aeroportu və metrosunda baş vermiş partlayışlar nəticəsində ən az 23 nəfər həlak olub, 35 nəfər xəsarət alıb.
----
7news.Az
Hazırda hava limanı tamamilə boşaldılır, bütün uçuşlar dayandırılıb
Belçikanın paytaxtı Brüsseldə Beynəlxalq Hava Limanında səbəbi bilinməyən iki partlayış baş verib.
7News.Az “Hürriyet”ə istinadən xəbər verir ki, partlayışın ardından hava limanına gedən bütün metrolar dayandırılıb. “Reuters”in xəbərinə görə, hava limanının gediş hissəsində xeyli sayda yaralı var. “BBC” isə yazır ki, aeroportun terminal binasından qatı duman yüksəlir. Partlayışın çox şiddətli olduğu, hadisə yerinə çox sayda təcili yardım maşınının getdiyi bildirilir.
Partlayışın Amerika Hava Yolları bölümünün yanında baş verdiyi bildirilir.
Belçika mediası yazır ki, hazırda hava limanı tamamilə boşaldılır. Bütün uçuşlar dayandırılıb.
Qeyd edək ki, bu partlayış ötən il noyabrın 13-də Parisdə 130 nəfərin ölümü ilə nəticələnən terror aktının əsas şübhəlisi olan Saleh Abdeslamın həbs edilməsindən 4 gün sonra baş verib.


Videonu izləmək üçün şəklə klikləyin:









