RU
Brüsseldə -  Avropa Komissiyasının binası önündə Xocalı soyqırımı mitinqi keçiriləcək
19:54
862

Brüsseldə - Avropa Komissiyasının binası önündə Xocalı soyqırımı mitinqi keçiriləcək

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Belçika-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı 2017-ci ilin fevral ayının 21-26-da Avropanın siyasi mərkəzi hesab olunan Brüssel şəhərində silsilə tədbirlər həyata keçirəcək. 

Azərbaycan Respublikası Prezidenti yanında  QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə keçiriləcək tədbirlədə Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev, Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin üzvü Əflatun Amaşov, ATXƏM-in sədri İlham İsmayılov, Mətbuat Şurası İdarə Heyətinin üzvü, "Xalq Cəbhəsi"  qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, ATXƏM-in icra katibi, "Birlik" jurnalının baş redaktoru İlqar İlkin iştirak edəcəklər.
Fevralın 24-də  Brüsseldə -  Avropa Birliyi  siyasətinin planlaşdırıcısı və koordinatoru  olan Avropa Komissiyasının binası önündə (Adres: PLACE SCHUMAN MEYDANI  1000 Brussel) saat 12:00- 13:30 baş tutacaq mitinqə Azərbaycan və Türk diaspora təşkilatlarının nümayəndələri, tələbələr və yerli sakinlərin qatılacağı gözlənilir. Qeyd edək ki, fevralın 23-də Brüssel şəhərində Xocalı soyqırımının 25 illiyinə həsr olunmuş anım toplantısı da keçiriləcək.
ATXƏM-in Mətbuat xidməti
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ